İndi altı erməni "REMBO"su məhkəmədə cavab verəcək... 

20:46 29.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
 

Ermənistan üçün onu hərbi planda izləməkdə davam edən utancverici uğursuzluqlar fonunda psixoloji kompensasiya vacibdir. İkinci Qarabağ müharibəsindəki darmadağın, psixoloji üstünlük - sərhəddəki azərbaycanlı əsgərlər bunu nümayiş etdirir.

Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı hərbi ekspert İqor Korotçenko Kəlbəcər istiqamətində Azərbaycan ərazisinə keçərək mina basdırmaqla təxribat törətməyə çalışan 6 erməni hərbiçisinin əsir götürülməsinə münasibət bildirərkən səsləndirib.

Onun sözlərinə görə, yayılan videolarda erməni hərbiçilərin itaətkarcasına onlara aid olmayan ərazilərdəki mövqelərini necə tərk etdiyini görürük. Bu erməni cəmiyyətində böyük psixoloji kollaps yaradır

"Görünür, Ermənistanın Baş Qərargahı Remboluq etmək istəyib. Bu oyun da açıq utancla bitdi. İndi altı erməni "Rembo"su Azərbaycan məhkəmə prosesinin iştirakçısı rolunda çıxış edəcək".

Ekspert vurğulayıb ki, istənilən halda son olay Ermənistana növbəti dərs oldu. Göstərdi ki, bu işlərlə məşğul olmaq lazım deyil.